AFFA-nın baş katibi Elxan Məmmədov Roma şəhərində İtaliya Futbol Federasiyasının prezidenti Giankarlo Abete ilə görüşüb. Fanat.az xəbər verir ki, görüşdə Azərbaycan və İtaliya milli komandaları arasında AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində keçiriləcək ev və səfər oyunlarının təşkilati məsələləri ətraflı müzakirə olunub.
Xatırladaq ki, AVRO-2016-nın seçmə mərhələsində İtaliya - Azərbaycan oyunu bu il oktyabrın 10-da, Azərbaycan - İtaliya qarşılaşması isə 2015-ci il oktyabrın 10-da keçiriləcək.
Fanat.az