"Neftçi"nin futbolçusu Elvin Yunuszadə sıradan çıxıb. Müdafiəçi 21 yaşədək futbolçulardan ibarət millimizin Norveçlə oyununda zədə alaraq meydanı tərk edib.
Fanat.az xəbər verir ki, Elvinin zədəsi o qədər də ciddi deyil. Müdafiəçinin "Neftçi"nin təlim-məşq toplanışınadək bərpa olunaraq, sıraya dönməsi gözlənilir.
Fanat.az