Rusiya Premyer Liqasının "Dinamo" - "Spartak" oyunu birdəqiqəlik sükutla başlayıb. Fanat.az xəbər verir ki, Moskva derbisində azərbaycanlı veteran futbolçu Ələkbər Məmmədovun xatirəsi yad edilib.
Qeyd edək ki, Ələkbər Məmmədov 9154-1959-cu illərdə “Dinamo”da çıxış edib. O, Moskva klubunun heyətində SSRİ-nin yüksək liqasında 185 oyun keçirib, 56 qol vurub. 1954, 1955, 1957, 1959-cu illərdə isə "Dinamo" ilə SSRİ çempionu olub.
Fanat.az