Əfsanəvi boks məşqçisi cinsiyyətini dəyişdirdi

Əfsanəvi boks məşqçisi cinsiyyətini dəyişdirdi
Məşhur boks məşqçisi Frank Maloney cinsiyyət dəyişdirib. Fanat.az xəbər verir ki, ingilis məşqçi artıq Kelli adlı qadın kimi yaşamağa başlayıb.
İllərlə Lennoks Levis, David Haye, Rendall Munroe kimi boksçuların məşqçiliyini edən Maloney 61 yaşında cinsiyyətini dəyişdirmək qərarına gəlib. İngiltərənin "Sunday Mirror" qəzetinə açıqlama verən yeni Kelli bunun səbəblərindən danışıb: "Mən yalnış bədəndə doğulmuşam. Hər zaman bir qadın olduğumu bilirdim. Başqa cinsiyyətlə daha artıq yaşaya bilməzdim. Bu yüklə yaşamaq məni tezliklə öldürəcəkdi".
Gizli hormon müalicəsi keçirdiyini və tüklərdən xilas olduğunu deyən Maloney bugünədək qızları qısqandığını bildirib: "Doğuşdan səhv olan cinsiyyətimi dəyişdim. Məndə qadın beyni var. Özümü başqa uşaqlarla müqayisə etməyə başladığım andan fərqli olduğumu bilirdim və qızları qısqanırdım".
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər