Ukraynada kikboksinq üzrə dünya çempionu öldürülüb. Fanat.az xəbər verir ki, 2005-ci ildə dünya kubokunu, 2007-ci ildə dünya çempionluğunu qazanan Nikolay Leonov mayın 26-da qətlə yetirilib.
O, Donetsk aeroportunda separatçılarla hökümət qüvvələri arasında gedən döyüş zamanı öldürülüb. Məlumata görə, idmançı separatçılar tərəfdən hökumət qüvvələrinə qarşı vuruşurmuş. Onun cənazəsi doğulduğu Dnepropetrovsk şəhərinə aparılıb.
Qeyd edək ki, Donetsk aeroportunda baş verən döyüşdə 50 separatçının öldürüldüyü bildirilir.
Fanat.az