Filippində baş tutan “Miks Fayt” Qarışıq Döyüş idman növü çepionatında maraqlı anlar yaşanıb.
Fanat.az anspressə istinadən xəbər verir ki, Filippində keçirilən “Miks Fayt” Qarışıq Döyüş idman növü üzrə çempionatda rəqiblərdən birinin etdiyi hərəkət hamını heyrətləndirib.
Döyüş miçiqanlı Ceremi Rasner və filippinli həvəskar döyüşçü Mayk Pantanqko arasında baş tutub. Filippinli böyük üstünlük qazandığı müsabiqədə gözlənilmədən oyunu saxladığını göstərən hərəkət edərək, əlini yerə vurub. Onun bu hərəkəti izləyiciləri təəccübləndirib. Çünki həmin vaxt idmançı böyük üstünlüklə irəlidə olub.
Pantanqko müsabiqədən sonra veridyi açıqlamada rəqibinin sağlamlığına zərər vurmamaq üçün döyüşü dayandırdığını bildirib.
"Mənim ona hörmətsiz davrandığımı düşünə bilərsiniz. Lakin o bu idmanı çox sevir və biz həvəskar döyüşçüyük, bu işdən pul qazanmırıq. Ona qalıcı bir zərbə vurmaq istəmədim. Çünki davam etsəydik, ona böyük zərər verə bilərdim" - deyə Mayk Pantanqko televiziyaya verdiyi açıqlamada səsləndirib.
Fanat.az