"Qalatasaray"ın futbolçusu Didye Droqba növbəti dəfə insani keyfiyyətlərini nümayiş etdirib. Fanat.az xəbər verir ki, afrikalı ulduz Somada həlak olan şaxtaçıların ailələrinə 1 milyon avro bağışlayıb.
Qeyd edək ki, 36 yaşlı futbolçunun "Qalatasaray"dakı məvacibi ildə 7 milyon avrodu. Sosial şəbəkə istifadəçiləri ulduz futbolçunu örnək adlandırıblar. Ona qədər nə yerli, nə də heç bir xarici futbolçu bu addımı atmayıb.
Fanat.az