"Mən dəfələrlə bunu açıqlamışam: "Qəbələ"nin formasını geyinməkdən şərəf duyuram. Heç vaxt bu klubu seçdiyimə görə peşman olmamışam. Həmişə rəhbərlikdən və azarkeşlərimizdən dəstək, sevgi görmüşəm". Fanat.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin futbolçusu Dodo deyib.
Bu gün braziliyalı futbolçunun "Qəbələ"ni tərk etməsi ilə bağlı xəbərlər yayılmışdı. Lakin o, bölgə klubu ilə 2 illik yeni müqavilə imzalayıb. Dodo "Qəbələ"nin Avropa Liqasında uğurlu çıxış etməsini istəyir: "Bu mövsüm qarşımıza qoyduğumuz məqsədə nail olduq. Tariximizdə ilk dəfə Avropa Liqasında çıxış edəcəyik. İstəyirəm ilk addımlarımız uğurlu olsun".
Fanat.az