Devid Bekhem meydana qayıdır?

Devid Bekhem meydana qayıdır?
Devid Bekhem yaşıl meydanlara qayıda bilər. Fanat.az xəbər verir ki, ingilis ulduz BBC-yə müsahibəsində karyerasını bərpa edə biləcəyinin mesajını verib.
O, Mayamidə satın aldığı futbol klubunda oynaya biləcəyinə işarə verib: "Futbolçuz keçən ilk günlərimdə istirahət etmək imkanım olduğundan bu durum xoşuma gəldi. Amma zaman keçdikcə bu vəziyyətdə darıxmağa başladım. Artıq basketbol matçlarını izləyirəm. Oyunçular ən yaxşı performansını sərgiləyəndə həyacanlanıram, içimdə bir şeylərin tərpəndindiyini hiss edirəm. Yenidən keçən günlərimə dönmək istəyirəm. Futbola qayıda bilərəm? Bilmirəm. Daha öncə klubun sahibi və futbolçusu olan birini xatırlamıram. Niyə ilkə imza atmamalıyam?".
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər