Meksikada baş tutan "Atlas" - "Çivas" matçı dava-dalaşla başa çatıb. Fanat.az xəbər verir ki, Quadalajara şəhərinin iki klubu arasındakı derbi matçında stadion döyüş meydanına çevirilib.
Oyun 1:1 hesabı ilə yekunlaşıb. Qarşılaşmanın son dəqiqələrində tribunalar qarışıb. Qonaq komandanın azarkeşləri polislə üz-üzə gəlib, onlarla fanat və asayiş keşikçisi ağır yaralanıb. Azarkeşlərin arasında qalan bir neçə polis əməkdaşı vəhşicəsinə döyülüb. İki asayiş keşikçisi xəstəxanaya yerləşdirilib, onlarla fanat isə həbs olunub.
Fanat.az