Dənizli: "Qalmaq istəsəydim, bura gəlməzdim"

Dənizli: "Qalmaq istəsəydim, bura gəlməzdim"
Mustafa Dənizli "Sumqayıt"la oyunla (1:0) bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, “Xəzər Lənkəran”ın baş məşqçisi komandasının oyunundan narazı olduğunu deyib:
“Bir neçə oyundu ki, heç-heçə edirdik. Bu seriyanı qırdığımız, qalib gəldiyimiz üçün şadıq, buna ehtiyacımız var idi. Qarşıdakı 10 turdan sonra haraya kimi gedə biləcəyimiz daha dəqiq görünəcək. İnanıram ki, itirdiyimiz xalları qarşıdakı həftələrdə sığortalayacağıq. Hava şərtləri də pis idi. Hər iki komanda bu baxımdan çətinliklə üzləşdi. Mbilla Etamenin oynamaması onun problemləri ilə bağlıdı. Həm zədəli idi, həm də 2 gün qabaq bağırsaqlarında problem var idi. Onu kubok oyunu üçün qoruyuruq. Bizim üçün həm kubok, həm də Premyer Liqa vacibdi. Bundan sonra kubok üçün hazırlıqlara başlayacağıq. "Xəzər Lənkəran"dakı son uğursuzluqların Türkiyəyə geri qayıtmaq istəyimlə bağlı olduğu haqda deyilənlər uşaq söhbətləridi. Mən bura gəlməzdən öncə "Qalatasaray", "Fənərbaxça" və "Bursaspor"la görüşdüm. Qalmaq istəsəydim, bura gəlməzdim. Mən çörək yediyim yerin haqqını verərəm. İstefa vermək haqda düşünmürəm. Vəzifəmi yerinə yetirirəm. Yatarkən də, yemək yeyərkən də vəzifəmi haqqı ilə yerinə yetirmək haqqında düşünürəm. Hər kəs düz deyir, mənim komandam istədiyim futbolu oynamır. Belə pillələrdə olan komandalarla oyunlara motivasiya problemdi. Mən həftələrdi zədəlilər üzündən istədiyim heyəti meydana buraxa bilmirəm. Bu futbol mənim özümü də məmnun etmir".
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər