Del Boske biabırçılığı şərh etdi

Del Boske biabırçılığı şərh etdi
İspaniya millisinin baş məşqçisi Vinsente del Boske Hollandiya yığmasına 1:5 hesablı məğlubiyyəti şərh edib. Fanat.az xəbər verir ki, ispan mütəxəssis ruhdan düşməyəcəklərini bildirib:
"Bu idmandı. Hollandlar ikinci hissədə bizdən güclü idilər. Etiraf etmək lazımdı ki, onlar daha yaxşı oynayırdılar. ldə etdikləri qol imkanlarından yaxşı yararlandılar. Çoz zəif çıxış etdik. İspaniya millisi çox çətin duruma düşüb. Biz bu çətinliyi dəf etməliyik. Bu oyundan sonra heyətdə böyük dəyişiklik etmək fikrim yoxdu. Hollandiyanı necə məğlub edəcəyimizi tapa bilmədik. Əsla ruhdan düşdüyümüzü fikirləşməyin. Bundan sonrakı oyunları qazanmağa məcburuq".
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər