Dünya çempionatının startına sayılı günlər qalıb. Fanat.az Braziliyada təşkil olunacaq mundialdan öncə turnirlə bağlı maraqlı məqamları təqdim edir.
İndiyədək 19 dəfə keçirilən dünya çempionatının qalibi olmuş komandaları uğura yerli mütəxəssislər daşıyıb. Çempion adını qazanmış 8 yığmadan heç birinə əcnəbi mütəxəssis başçılıq etməyib.
İlk dünya çempionu Uruqvay yerli mütəxəssis Alberto Suppikinin rəhbərliyi altında uğura imza atıb. Son dünya çempionu İspaniyaya isə hazırda da komandanın başında olan ispan Vikente del Boske olub.
Braziliya 5, İtaliya 4, Almaniya 3 dünya çempionluğunun hamısında yerli mütəxəssislərin rəhbərliyi altında çıxış edib.
19 dünya çempionatında 18 mütəxəssis çempion adını qazanıb. Yalnız bir məşqçi - Vittorio Pozzo iki dəfə kuboka sahib çıxıb. O, İtaliya yığmasını 1934 və 1938-ci illərdə kubokun sahibi edib.
Dünya çempionu olmuş bütün mütəxəssislər
1930 - Alberto Suppiki (Uruqvay)
1934 - Vittorio Pozzo (İtaliya)
1938 - Vittorio Pozzo (İtaliya)
1950 - Xuan Lopez (Uruqvay)
1954 - Jozef Herberger (Qərbi Almaniya)
1958 - Visente İtalo Feola (Braziliya)
1962 - Aymore Moreyra (Braziliya)
1966 - Martin Peters (İngiltərə)
1970 - Mario Zaqallo (Braziliya)
1974 - Helmut Şkön (Qərbi Almaniya)
1978 - Sezar Luis Menotti (Argentina)
1982 - Enzo Bearzot (İtaliya)
1986 - Karlos Salvador Bilardo (Argentina)
1990 - Franz Bekkenbauer (Almaniya)
1994 - Karlos Alberto Parreyra (Braziliya)
1998 - Ayme Jakuet (Fransa)
2002 - Luis Felipe Skolari (Braziliya)
2006 - Marsello Lippi (İtaliya)
2010 - Visente del Boske (İspaniya)
Fanat.az