Dünya çempionatının startına saylı günlər qalır. Fanat.az mundialla bağlı maraqlı məlumatları təqdim etməyə davam edir.
Dünya çempionatının finalında ən çox vərəqə alan futbolçu Zinəddin Zidandı. Fransa futbolunun canlı əfsanəsi qatıldığı üç mundialda 2-si qırmızı, 4-ü sarı olmaqla 6 vərəqə alıb. Zidan 1998, 2002 və 2006-cı illərdə keçirilən çempionatlara qatılaraq 12 oyun keçirib.
Futbolçu ilk qırmızı vərəqəsini vətənində keçirilən DÇ-1998-də alıb. O, Səudiyyə Ərəbistanı ilə keçirilən və Fransanın 4:0 hesablı qələbə qazandığı matçın 71-ci dəqiqəsində meydandan qovulub.
Zidandan Materazziyə kəllə
Əfsanəvi futbolçunun növbəti qırmızı vərəqəsi onu tarixə salıb. DÇ-2006-nın Berlin Olimpiya stadionunda keçirilən final oyununun 7-ci dəqiqəsində Zidan penaltini dəqiq yerinə yetirərək Fransanı hesabda önə keçirib. İtaliya buna 19-cu dəqiqədə Marko Materazzinin qolu ilə cavab verib və matçın əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. Zidan isə 10-cu dəqiqədə Materazziyə kəllə ataraq meydandan qovulub. Bu vərəqə uzun illərdəki futbol dünyasının gündəmindən düşmür. Əsas və əlavə vaxtı 1:1 hesabı ilə başa çatan matçı penalti seriyasında (5:3) İtaliya qazansa da, çempionata Zidanın atdığı kəllə damğa vurub.
Zidandan sonra dünya çempionatının tarixində ən çox vərəqə alan futbolçular braziliyalı Kafu, kamerunlu Riqobert Sonq, argentinalı Dieqo Maradona və alman Lotar Matteus olub.
| № | Futbolçu | Oyun | Sarı | Qırmızı | Cəmi |
| 1 | Zinəddin Zidan | 12 | 4 | 2 | 6 |
| 2 | Kafu | 10 | 6 | 0 | 6 |
| 3 | Riqobert Sonq | 9 | 3 | 2 | 5 |
| 4 | Dieqo Maradona | 21 | 4 | 1 | 5 |
| 5 | Lotar Mattheus | 25 | 5 | 0 | 5 |
Ən erkən qırmızı
Dünya çempionatları tarixində ən erkən qırmızı vərəqəni Serxio Batista alıb. O, Meksika-1986-da Şotlandiya ilə matçın 56-cı saniyəsində meydandan qovulub.
İlk qırmızı
Dünya çempionatında ilk qırmızı vərəqə alan futbolç Mario de Las Kasasdı. Perulu oyunçu ilk dünya çempionatında - 1930-cu ildə Uruqvayda baş tutan mundialın Rumıniya ilə oyunnuda meydandan qovulub.
İki dünya çempionatında qırmızı
Riqobert Sonq və Zinedin Zidan iki mundialda meydandan qovulan futbolçulardı. Sonq DÇ-1994-ün Braziliya, DÇ-1998-in isə Çili ilə oyunlarında qırmızı vərəqə alıb. Zidan isə Fransa-1998-də Səudiyyə Ərəbistanı, 4 il sonra İtaliya ilə oyunda meydandan qovulub.
İlk qapıçı
Dünya çempionatlarında mnydandan qovulan ilk qapıçı Canluca Paqliuka olub. İtalyan qolkiper ABŞ-1994-də Norveçlə matçın 21-ci dəqiqəsində komandasına azlıqda qoyub. İtaliya 10 nəfərlə qalmasına rəğmən Dino Baggionun 69-cu dəqiqədə vurduğu qolla qələbə qazanıb - 1:0.
Fanat.az