Braziliyada keçirilən dünya çempionatı davam edir. Artıq A, B, C, D və E qruplarında ikinci turun oyunları başa çatıb.
Fanat.az xəbər verir ki, bu oyunlardan sonra 4 komandanın mübarizəni qrup mərhələsində başa vuracağı dəqiqləşib. A qrupunda mübarizə aparaqn Kamerun Meksikya 0:1, Xorvatiyaya 0:4 hesabı ilə yenilib. Son turda Braziliya ilə qarşılaşacaq Afrika təmstlçisi qələbə qazansa belə, 1/8 finala çıxa bilməyəcək.
B qrupunun son turunda mübarizə 1-ci yer uğrunda gedəcək. Belə ki, Hollandiya və Çili ilk iki turda qələbə qazanaraq 1/8 finala vəsiqəni təmin edib. Nəticədə son dünya çempionu İspaniya və Avstraliya üçün mübarizə erkən başa çatıb. İspanlar Hollandiyaya 1:5, Çiliyə 0:2 hesabı ilə yenilib. Avstraliya isə Çiliyə 1:3, Hollandiyaya 2:3 hesabı ilə uduzub. Son turda üz-üzə gələcək bu komandalar qrup sonuncusu olmamaq üçün mübarizə aparacaq.
D qrupunda isə İngiltərə üçün mübarizə erkən başa çatıb. Avropa təmsilçisi ilk oyunda İtaliyaya, ardınca Uruqvaya 1:2 hesabı ilə yenilib. Hazırda qrup sonuncusu olan ingilislər ən yaxşı halda qrup sonunculuğundan qurtula bilər.
Fanat.az