DÇ-2014: "Böyük səkkizlik"

DÇ-2014: "Böyük səkkizlik"
Dünya çempionatının startına sayılı günlər qalıb. Fanat.az Braziliyada təşkil olunacaq mundialdan öncə turnirlə bağlı maraqlı məqamları təqdim edir.
1930-cu ildə ilk dəfə təşkil olunan dünya çempionatı indiyədək 19 dəfə keçirilib. Bu müddətdə 8 komanda çempionluq sevinci yaşayıb. Turnir yalnız iki dəfə - II Dünya müharibəsi illərində (1942, 1946) baş tutmayıb.
Dünya çempionu adını ən çox qazanan ölkə Braziliyadı. "Sambaçılar" 5 dəfə kuboka sahib çıxıblar. Braziliyalıları 4 çempionluqla İtaliya izləyir. Almaniyanın aktivində 3 kubok var. Argentina və Uruqvay 2, İngiltərə, Fransa və İspaniya isə 1 dəfə çempion adını qazanıb. 
Beləliklə, kuboku 5 Avropa və 3 Cənubi Amerika ölkəsi qazanıb. Qalan qitələr isə hələlik çempion komanda yetişdirə bilməyib.
Uruqvay, İngiltərə və İspaniya oynadıqları final matçında maksimum yararlanıblar. Belə ki, iki dəfə final oynamaq şansı qazananr Uruqvay hər iki halda çempion olubsa, İngiltərə və İspaniya yeganə şansını dəyərləndirib.
Dünya çempionatları tarixinin ən dramatik komandası Hollandiyadı. "Narıncılar" 3 dəfə finala çıxsalar da, çempion ola bilməyiblər. İlk dəfə 1974-cü ildə Qərbi Almaniyaya, növbəti dəfə isə 1978-ci ildə Argentinaya yenilən hollandlar CAR-2010-da İspaniyaya boyun əymişdi. 
Çexslovakiya və Macarıstan iki, İsveç isə bir dəfə final oynasa da, çempion adını qazana bilməyib. 
Dünya çempionatında ən çox finala Braziliya və Almaniya çıxıb. Hər iki komanda 7 dəfə həlledici oyunun iştirakçısı olub. Lakin bu komandalar sadəcə bir dəfə - DÇ-2002-nin finalında qarşılaşıb. İtaliya millisi 6, Argentina isə 4 dəfə final həyacanı yaşayıb.
 
Bütün finallar
1930 Uruqvay - Argentina 4:2
1934 İtaliya - Çexslavakiya 2:1 (əlavə vaxtda)
1938 İtaliya - Macarıstan 4:2
1950 Uruqvay - Braziliya 2:1
1954 Qərbi Almaniya - Macarıstan 3:2
1958 Braziliya - İsveç 5:2
1962 Braziliya - Çekslavakiya 3:1
1966 İngiltərə - Qərbi Almaniya 4:2 (əlavə vaxtda)
1970 Braziliya - İtaliya 4:1
1974 Qərbi Almaniya - Hollandiya 2:1
1978 Argentina - Hollandiya 3:1 (əlavə vaxtda)
1982 İtaliya - Qərbi Almaniya 3:1
1986 Argentina Qərbi Almaniya 3:2
1990 Qərbi Almaniya - Argentina 1:0
1994 Braziliya - İtaliya 0-0 (penalti - 3:2)
1998 Fransa - Braziliya 3:0
2002 Braziliya - Almaniya 2:0
2006 İtaliya - Fransa 1-1 (penalti - 5:3)
2010 İspaniya - Hollandiya 1:0 (əlavə vaxtda)
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər