Dünya çempionatının ən yaşlı komandası müəyyənləşib. Fanat.az xəbər verir ki, Argentina yığması mundial iştirakçıları arasında ən yaşlı komandadı.
Bu komandada futbolçuların orta yaşı 28 il 336 gündü. Bu siyahıda Honduras 2-ci (28 il 208 gün), Uruqvay 3-cüdü (28 il 200 gün). Kriştiano Ronaldonun da formasını geyindiyi Portuqaliya yığması isə ən yaşlı millilər içərisində 4-cü pillədədi. Onların orta yaş həddi 28 il 193 gündü.
Ən gənc komanda isə Qana hesab olunur - orta yaş həddi 25 il 244 gün.

Fanat.az