Dünya çempionatının startına sayılı günlər qalıb. Fanat.az Braziliyada təşkil olunacaq mundialdan öncə turnirlə bağlı maraqlı məqamları təqdim edir.
"Qızıl top"
Dünya çempionatları tarixində ilk dəfə "Qızıl top" mükafatını italyan Paolo Rossi qazanıb. Mükafat 1982-ci ildən təqdim olunur. FIFA-nın Texniki Komitəsi tərəfindən seçilən futbolçular üçün mətbuat nümayəndələri arasında səsvermə təşkil olunur və qalibə "Qızıl top" mükafatı verilir.
1982-ci ildə İspaniyada keçirilən dünya çempionatında 6 qol vuraraq bombardir olan və İtaliyanın çempionluğunda önəmli rol oynayan Paolo Rossi "Qızıl top"u alaraq adını tarixinə yazdırıb. 4 il sonra Argentinada keçirilən mundialda İngiltərəyə əllə vurduğu qolu "Tanrının əli" adlandıran və yığmasını çempionluğa daşıyan Dieqo Maradona mükafata sahib çıxıb.
1990-cı ildə İtaliya bir ilkə imza atıb. Belə ki, ilk dəfə çempion olmayan komandanın futbolçusu "Qızıl top"a layiq görülüb. Almaniyanın çempion olduğu turnirdə İtaliya millisinin üzvü Salvatore Sçillakki bu mükafata sahib çıxıb.
İndiyədək 8 dəfə verilən "Qızıl top" mükafatına İtaliya və Braziliya yığması 2, Argentina, Almaniya, Fransa və Uruqvay milliləri 1 dəfə sahib çıxıb.
1982 - Paola Rossi (İtaliya)
1986 - Dieqo Maradona (Argentina)
1990 - Salvatore Sçillakki (İtaliya)
1994 - Romario (Braziliya)
1998 - Ronaldo (Braziliya)
2002 - Oliver Kan (Almaniya)
2006 - Zinedin Zidan (Fransa)
2010 - Dieqo Forlan (Uruqvay)
"Qızıl əlcək"
Dünya çempionatının ən yaxşı qapıçısına verilən "Qızıl əlcək" mükafatı 1994-cü ildən öz sahibini tapır. Əvvəlcə SSRİ yığmasının sabiq qapıçısı Lev Yaşinin adını daşıyan mükafat 2010-cu ildən "Qızıl əlcək" adlanır.
"Lev Yaşin mükafatı"na ilk dəfə - 1994-cü ildə Belçika yığmasının qapıçısı Mişel Preudhomme sahib çıxıb. "Qızıl buts" adlanan mükafatı isə 2010-cu ildə çempion İspaniyanın qapıçısı İker Kasilyas alıb.
1994 - Mişel Preudhomme (Belçika)
1998 - Fabien Bartez (Fransa)
2002 - Oliver Kan (Almaniya)
2006 - Canluici Buffon (İtaliya)
2010 - İker Kasilyas (İspaniya)
"Ən yaxşı gənc oyunçu"
Dünya çempionatlarında verilən başqa bir mükafat "Ən yaxşı gənc oyunçu" adıdı. Mükafat 1958-ci ildən verilir. Bu ada ilk dəfə Braziliya yığmasının üzvü Pele layiq görülüb. Sonuncu dəfə isə Almaniya yığmasından Tomas Müller ən yaxşı seçilib.
Mükafat indiyədək 14 dəfə öz sahibini tapıb. İndiyədək ən çox almanlar fərqlənib - 3. Almaniya yığmasının üzvləri ardıcıl iki dəfə - 2006 və 2010-cu illərdə "Ən yaxşı gənc oyunçu" mükafatına sahib çıxıb. Qalan 10 mükafat isə 10 müxtəlif yığmanın üzvlərinə qismət olub.
1958 - Pele (Braziliya, 17 yaş)
1962 - Florian Albert (Macarıstan, 20 yaş)
1966 - Frans Bekkenbauer (Almaniya, , 20 yaş)
1970 - Teofilo Kubillas (Peru, 21 yaş)
1974 - Vladislav Zmuda (Polşa, 20 yaş)
1978 - Antonio Kabrini (İtaliya, 20 yaş)
1982 - Manuel Amaros (Fransa, 21 yaş)
1986 - Enzo Skifo (Belçika, 20 yaş)
1990 - Robert Prosineçki (Yuqoslaviya, 21 yaş)
1994 - Mark Overmars (Hollandiya, 21 yaş)
1998 - Maykl Ouen (İngiltərə, 18 yaş)
2002 - London Donovan (ABŞ, 20 yaş)
2006 - Lukas Podolski (Almanya, 21 yaş)
2010 - Tomas Müller (Almaniya, 20 yaş)
"FIFA Fair-Play mükafatı"
"FIFA Fair-Play mükafatı" dünya çempionatının ən centilmen komandasına verilir. Mükafatın sahibi qrupdan çıxan komandaların arasından seçilir. Yəni "FIFA Fair-Play mükafatı"nı almaq üçün ən azı 1/8 finala çıxmaq vacibdi.
Mükafat 1978-ci ildən verilir. İlk dəfə Argentinaya verilən mükafatı sonuncu dəfə İspaniya qazanıb.
"FIFA Fair-Play mükafatı"na indiyədək 4 dəfə Braziliya sahib çıxıb. İngiltərə və İspaniya 2, Argentina, Fransa və Belçika isə 1 dəfə qazanıb.
1978 - Argetina
1982 - Braziliya
1986 - Braziliya
1990 - İngiltərə
1994 - Braziliya
1998 - İngiltərə-Fransa
2002 - Belçika
2006 - Braziliya-İspaniya
2010 - İspaniya
"Ən əyləncəli komanda"
FIFA 4 çempionatda "Ən əyləncəli komanda" mükafatını təqdim edib. Mükafatın sahibi azarkeşlər arasında keçirilən sorğuda müəyyənləşib. 1994-də Braziliya, 1998-də Fransa, 2002-də Cənubi Koreya, 2006-da isə Portuqaliya sorğunun qalibi olub.
Fanat.az