Dünya çempionatının startına sayılı günlər qalıb. Fanat.az mundialla bağlı maraqlı məlumatları təqdim edir.
1966-cı ildən bəri dünya çempionatının rəsmi maskotu seçilir. Bu əsasən aslan, it, xoruz, bəbir kimi heyvanlar olub. Bu il Braziliyada keçiriləcək dünya çempionatının rəsmi maskotu "Fuleco" adlı armadillodu.
Armadillonun geniş yayılmış adı "tatu"du. Ana vətəni Cənubi Amerikada onu "armadillo" adlandırırlar. Bu heyvanın orta uzunluğu 75 sm-di. Armadilloların vücudu özünəməxsus zirehlə örütülüdü. Əsasən böcəklərlə qidalanır. Qida tapmaq üçün torpağı qazırlar, iybilmə qabiliyyətləri hesabına böcəkləri tapıb qidalanırlar. Torpağı qazarkən çox sürətli görünürlər. Armadilloların yumurtalıqlarında bir yumurta olsa da, dünyaya eyni vaxtda 4 bala gətirirlər. 4 balanın da cinsiyyəti eyni olur.
DÇ-2014-ün rəsmi maskotu "Fuleco"nun adı "futebol" (futbol) və "ecologia" (ekologiya) sözlərindən götürülüb. FIFA-nın rəsmi saytında maskot belə təqdim olunur: "Dünya çempionatı başlayanda 14 yaşında olan Fuleco Braziliyanın şərqində dünyaya gəlib. Utanğac olmasına rəğmən yeni insanlarla tanış olmaqdan zövq alan maskot ildə ən azı bir dəfə ailəsini ziyarət edir, məhəllə dostları ilə futbol oynayır. Yaxınlarında bir futbol meydanı olduğu halda vaxtını Amazonun yağmır meşələri və ya Brazilya çimərliklərində keçirməyi sevən Fuleco "Digər armadillo dostlarım kimi utanğac olsam da, etdiyim səyahətlər və tapdığım dostlarım özümü güvənimi artırdı. Ölkəmdəki bir çox insan kimi istiqanlı və qonaqpərvərəm" özünü tanıdır.
CAR-da keçirilən DÇ-2010-un masktoru saçlarını yaşı boyamış, macerapərəst Afrika bəbiri 'Zakumi' olmuşdu.
Dünya çempionatlarının masktorları arasında heyvan olmayanlar da var. Məsələn, 1970-ci ildə Meksikada keçirilmiş mundialın rəsmi moskotu olaraq şapkası ilə məşhurlaşan Xuanito adlı bir uşaq seçilmişdi. Qərbi Almaniyanın 1974-də ev sahibliyi etdiyi dünya çempionatının masktoru Tip və Tap adlı alman qardaşlar, Argenntina-1978in maskotu azyaşlı futbolçu Qauçito, İspaniya-1982-nin maskotu isə Naranjito adlı gülümsəyən bir portaxal olmuşdu.
Meksikanın ev sahibliyi etdiyi 1986-cı ildəki dünya çempionatında isə tam fərqli addım atılmışdı. Belə ki, meksikalılar moskot olaraq ölkə mətbəxinin vazkeçilməzlərindən olan acı bibər "Pique"ni seçmişdi. Bu sevimli bibərin əlində bir top, başında boyundan böyük Meksika şapkası var idi.
İtaliyanın ev sahibliyi etdiyi dünya çempionatının maskotu 'Ciao' adlı insan fiquru olmuşdu. Fiqurun başı topdan, bədəni isə İtaliya bayrağının rənglərindən hazırlanmışdı.
Cənubi Koreya və Yaponiyanın 2002-ci ildə ev sahibliyi etdiyi dünya çempionatının maskotu narıncı, bənövşəyi və mavi rəngli 3 əcəib heyvan idi. Narıncı rəngli "Ato" baş məşqçi, mavi "Nik" və bənövşəyi "Kaz" isə futbolçular hesab olunurdu.
Fanat.az