Dünya çempionatının startı yaxınlaşır. Fanat.az mudialla bağlı maraqlı xəbərlərin təqdimatını davam etdirir.
Ən çox dünya çempionatına alman Lotar Matteus və meksikalı Antonio Karbajal qatılıb. Hər iki futbolçu 5 dəfə mundialın iştirakçısı olub.
Dünya futbolunun ən böyük ulduzları hesab olunan Pele və argentinalı Dieqo Maradona, həmçinin daha 18 futbolçu 4 dəfə dünya çempionatının iştirakçısı olub.
Lotar Matteus (Almaniya) - 5 (1982, 86, 90, 94, 98)
Antonio Karbajal (Meksika) - 5 (1950, 54, 58, 62, 66)
Guzeppe Berqomi (İtaliya) - 4 (1982, 86, 90, 94)
Fabio Kannavaro (İtaliya) - 4 (1998, 02, 06, 10)
Paolo Maldini (İtaliya) - 4 (1990, 94, 98, 02)
Gianni Rivera (İtaliya) - 4 (1962, 66, 70, 74)
Pele (Braziliya) - 4 (1958, 62, 66, 70)
Calma Santos (Braziliya) - 4 (1954, 58, 62, 66)
Kafu (Braziliya) - 4 (1994, 98, 02, 06)
Enzo Skifo (Belçika) - 4 (1986, 90, 94, 98)
Franki van der Elst (Belçika) - 4 (1986, 90, 94, 98)
Uve Seeler (Almaniya) - 4 (1958, 62, 66, 70)
Karl-Haynts Şknellinger (Almaniya) - 4 (1958, 62, 66, 70)
Dieqo Maradona (Argentina) - 4 (1982, 86, 90, 94)
Riqobert Sonq (Kamerun) - 4 (1994, 98, 02, 06)
Tyerri Anri (Fransa) - 4 (1998, 02, 06, 10)
Myunq-Bo Honq (Cənubi Koreya) - 4 (1990, 94, 98, 02)
Sami Əl Caber (Səudiyyə Ərəbistanı) - 4 (1994, 98, 02, 06)
Denis Kaniza (Paraqvay) - 4 (1998, 02, 06, 10)
Vladislav Zmuda (Polşa) - 4 (1974, 78, 82, 86)
Andoni Zubizarreta (İspaniya) (4 1986, 90, 94, 98)
Pedro Roşa (Uruqvay) - 4 (1962, 66, 70, 74)
Dünya çempionatlarında ən çox oynayan futbolçu Paolo Maldinidi. 1990, 1994, 1998 və 2002-ci illərdəki turnirlərə qatılan italyan futbol əfsanəsi 23 matçda 2220 dəqiqə meydanda olub.
Maldinini Lotar Matteus izləyir. Dünya çempionatlarında ən çox oyun keçirmiş (25) alman futbolçu 2052 dəqiqə oynayıb. İlk "üçlüy"ü başqa bir alman Uve Seeler qapayır - 1980 dəqiqə.
1. Paolo Maldini (İtaliya) - 23 oyun, 2220 dəqiqə
2. Lotar Matteus (Almaniya) - 25 oyun, 2052 dəqiqə
3. Uve Seeler (Almaniya) - 21 oyun, 1980 dəqiqə
4. Dieqo Maradona (Argentina) - 21 oyun, 1938 dəqiqə
5. Vladislav Zmuda (Polşa) - 21 oyun, 1808 dəqiqə
Fanat.az