DÇ-2014: macarlar hamıdan yaxşıdı

DÇ-2014: macarlar hamıdan yaxşıdı
Dünya çempionatının startına sayılı günlər qalıb. Fanat.az Braziliyada təşkil olunacaq mundialdan öncə turnirlə bağlı maraqlı məqamları təqdim edir.
Dünya çempionatları tarixində bir turnirdə ən çox qol vuran komanda Macarıstan, ən çox qol buraxan komanda isə Cənubi Koreyadı. Macarlar ən çox qol vurulmuş DÇ-1954-dəki 5 matçda rəqib qapılarına 27 dəfə yol tapıb. Bu ilki dünya çempionatına vəsiqə qazana bilməyən Macarıstan yığması mübarizə apardığı 2-ci qrupda Cənubi Koreyanı 9:0, Qərbi Almaniyanı 8:3 hesabı ilə yenərək 1/4 finala çıxıb. Burda Braziliyanı, ardınca isə Uruqvayı 4:2 hesabı ilə yenən komanda finala vəsiqə qazanıb. Lakin komanda qrupda 8 qol vurduğu Qərbi Almaniyaya 2:3 hesabı ilə yenilərək kuboku qazana bilməyib.
Bu turnirdə 25 qola imza atan Qərbi Almaniya bir turnirdə ən çox qol vuran ikinci komanda olub. Fransa isə DÇ-1958-də 23 dəfə fərqlənərəka siyahıda üçüncüdü.
Macarıstan həm də dünya çempionatlarında ən böyük hesablı qələbələri qazanan komandadı. Bu turnirdən kənarda qalan macarlar daha əvvəl 9 dəfə mundial həyacanı yaşayıb. Dünya çempionatlarının ən böyük hesablı qələbəsi DÇ-1982-də keçirilən Macarıstan - El Salvador matçında qeydə alınıb - 10:1. Macarlar həmçi7nin DÇ-1954-də Cənubi Koreyanı 9:0 hesabı ilə yenib. 
1982 Macarıstan - El Salvador 10:1
1954 Macarıstan - Cənubi Koreya 9:0
1974 Yuqoslaviya - Zair 9:0
1938 İsveç - Kuba 8:0
1950 Uruqvay - Boliviya 8:0
2002 Almaniya - Səudiyyə Ərəbistanı 8:0
Dünya çempionatının ən çox qol vurulmuş oyunu 1954-cü ildə İsveçrədə düzənlənən çempionatda baş tutub. Belə ki, Avstriya ev sahibi İsveçrəni 7:5 hesabı ilə yenib. Beləliklə, 12 qolluq oyun mundialın rekordu olub. 1938-ci ildəki Braziliya - Polşa, 1954-dəki Macarıstan - Qərbi Almaniya və 1982-dəki Macarıstan - El Salvador qarşılaşmalarında 11 qol vurulub.
1954 Avstriya - İsveçrə 7:5 
1938 Braziliya - Polşa 6:5
1954 Macarıstan - Qərbi Almaniya 8:3 
1982 Macarıstan - El Salvador 10:1
1958 Fransa - Paraqvay 7:3
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər