DÇ-2014: kubok Amerikanı tərk etmir

DÇ-2014: kubok Amerikanı tərk etmir
Dünya çempionatının startına sayılı günlər qalıb. Fanat.az Braziliyada təşkil olunacaq mundialdan öncə turnirlə bağlı maraqlı məqamları təqdim edir.
Amerika qitəsində keçirilən dünya çempionatlarını bu qitənin təmsilçiləri qazanır. İndiyədək 7 belə turnirin qalibi yerli yığmalar olub. İndidək Amerikadakı 7 kubokdan 3-nü Braziliya, hərəyə ikisini isə Argentina və Uruqvay qazanıb.
Amerika komandaları 7 finaldan 5-də avropalılara, 2-də həmyerlilərinə qarşı oynayıblar. Uruqvay hər iki finalda amerikalılara - Argentina və Braziliyaya qarşı oynayıb. Braziliya və Arentina isə Avropa yığmaları ilə qarşılaşıb.

Tarix

Ev sahibi

Oyun

Hesab

1930

Uruqvay

Uruqvay – Argentina

4:2

1950

Braziliya

Uruqvay – Braziliya

2:1

1962

Çili

Braziliya – Çexslovakiya

3:1

1970

Meksika

Braziliya – İtaliya

4:1

1978

Argentina

Argentina – Hollandiya

3:1 (ə.v)

1986

Meksika

Argentina – Qərbi Almaniya

3:2

1994

ABŞ

Braziliya – İtaliya

0:0 (pen-3:2)

Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər