DÇ-2014: kim qalır, kim gedir?

DÇ-2014: kim qalır, kim gedir?
Braziliyada keçirilən dünya çempionatı davam edir. Fanat.az xəbər verir ki, ilk iki turdan sonra 6 komanda 1/8 finala vəsiqə qazanıb.
B qrupu
Bu qrupdan növbəti mərhələyə adlayan hər iki komanda bəllidi. İspaniya və Avstraliyaya qalib gələn Hollandiya ilə Çili adını 1/8 finana yazdırıb. Son turda üz-üzə gələcək bu komandalar qrup liderini müəyyənləşdirəcək. İspaniya - Avstraliyaya matçında isə sonuncunun adına aydınlıq gələcək.
C qrupu
Bu qrupdan Kolumbiya mərhələ adlayıb. Amerikalılar Yunanıstan və Kot`D-İvuara qalib gələrək 6 xal toplayıblar. Son turda Yaniyadan alınacaq 1 xal Kolubiyanı 1/8 finala lider kimi çıxaracaq. Kot`D-İvuar xal itirəcəyi halda kolumbiyalılara xal qazanmaq da lazım olmayacaq. Digər vəsiqəyə 3 komanda iddia edir. Son turda Kolumbiya Yaponiyanı, Kot`D-İvuar Yunanıstanı sınağa çəkəcək.
D qrupu
Kosta Rika ilk iki turu maksimum nəticə ilə başa vurub. Uruqvay və İtaliyanı yenən amerikalılar 6 xalla 1/8 finala vəsiqə qazanıb. Komanda son turda İngiltərə ilə qarşılaşacaq və 1 xal qazanmaqla liderliyi təmin edəcək. Bu qrupda İngiltərənin mərhələ adlamayacağı artıq dəqiqləşib. Digər vəsiqəyə Uruqvayla İtaliya iddia edir. Bu komandalar son turda münasibətlərinə aydınlıq gətirəcəklər. 
F qrupu
Bu qrupla Argentina vəsiqəni təmin edib. Bosniya Hersoqovinanı 2:1, İranı 1:0 hesabı ilə yenən Lionel Messinin komadası 6 xal qazanıb. Son turda Nigeriyadan alınacaq bir xal argentinalıları lider edəcək. Digər vəsiqəyə iddia edən Nigeriyanın 4, İranın 1 xalı var. Son turda İran mübarizəni qrup mərhələsində başa vuracağı dəqiqləşən Bosniya və Hersoqovinanı sınağa çəkəcək.
H qrupu
İlk iki turda Əlcəzair və Rusiyanı yenən Belçika adını 1/8 finala yazdırıb. Digər vəsiqəyə isə 3 komanda iddia edir. Belçika son turda Cənubi Koreyanı büdrədə bilsə, lider kimi mərhələ adlayacaq. Əlcəzair isə Rusiyanı sınağa çəkəcək.
Qeyd edək ki, Kamerun (A qrupu), Avstraliya və İspaniya (B qrupu), İngiltərə (D qrupu), Bosniya və Hersoqovinanın (F qrupu) 1/8 finala çıxmayacağı artıq dəqiqləşib.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər