DÇ-2014: ingilislər penalti vura bilmir

DÇ-2014: ingilislər penalti vura bilmir

Dünya çempionatının startına sayılı günlər qalıb. Fanat.az mundialla bağlı maraqlı məlumatları təqdim edir.

Almanlar penaltilərdə uduzmur

Dünya çempionatlarında bu günədək 22 qarşılaşmanın qalibi penalti seriyasında müəyyənləşib. 4 dəfə 11 metrlik zərbələrin ümidinə qalan almanlar bütün hallarda rəqiblərindən üstün olub. DÇ-1982-də Fransa ilə 3:3 hesabı ilə başa çatan yarımfinal matçında Almaniya penalti seriyasını qazanıb - 5:4. 1986-cı ildə 1/4 finalda baş tutan Almaniya - Meksika oyununda hesab açılmayıb (0:0) və Berti Foqtsun həmyerliləri 11 metrlik zərbələri daha dəqiq yerinə yetirib (4:1). DÇ-1990-nın yarımfinalında İngiltərəni (4:3), 2006-cı ildə 1/4 finalda Argentinanı (4:2) 11 metrlik zərbələrlə üstələyən almanlar bununla da penalti seriyalarının ən uğurlu komandası olub.

Argentina yığması penaltilərə qalan 4 matçdan 3-də, Braziliya 3 oyundan 2-də uğur qazanıb. Ukrayna, Paraqvay, Cənubi Koreya, Uruqvay, Bolqarıstan, Portuqaliya, Belçika və İsveçin bir oyunu penalti seriyasına qədər uzanıb. Bu komandalar "loteriya"dan qalib ayrıla bilib.

İngilislər penalti vura bilmir

Dünya çempionu adını bir dəfə qazanan İngiltərənin bəxti penalti seriyalarında gətirmir. İndiyədək ingilislərin 3 matçı penalti seriyasınadək uzanıb və onlar heç bir halda sevinə bilməyib. 

İngiltərə DÇ-1990-nın yarım finalında Almniya ilə qarşılaşıb. Oyunun əsas vaxtı 1:1 hesabı ilə başa çatıb və penaltilərdə almanlar sevinib - 4:3. DÇ-1998-in 1/8 finalında Argentina ilə 2:2 hesablı heç-heçəyə razılaşan ingilislər yenə penaltilərdə məyus olub - 3:4. Son olaraq isə ada təmsilçisi DÇ-2006-da Portuqaliya ilə 0:0 hesabı ilə başa çatan matçın qalibini müəyyənləşdirmək üçün 11 metrlik nöqtəyə yaxınlaşıb. Amma yenə rəqib üstün tərəf olub - 1:3.

8 ölkə "loteriya"nı uda bilmir

Dünya çempionatlarında İngiltərə ilə birlikdə 8 ölkə penalti seriyasında sevinə bilməyib. Yaponiya, Yuqoslaviya, Qana, Hollandiya və İsveçrə 1, Meksika və Rumıniya 2, İngiltərə isə 3 dəfə 11 penalti seriyalarında məğlub olub.

Penalti seriyasına qalan matçlar

1982 Qərbi Almaniya - Fransa 3:3 (penalti 5:4)

1986 Fransa - Braziliya 1:1 (4:3)

1986 Qərbi Almaniya - Meksika 0:0 (4:1)

1986 Belçika - İspaniya 1:1 (5:4)

1990 İrlandiya - Rumıniya 0:0 (5:4)

1990 Argentina - Yuqoslaviya 0:0 (3:2)

1990 Argentina - İtaliya 1:1 (4:3)

1990 Qərbi Almaniya - İngiltərə 1:1 (4:3)

1994 Bolqarıstan - Meksika 1:1 (3:1)

1994 İsveç - Rumıniya 2:2 (5:4)

1994 Braziliya - İtaliya 0:0 (3:2)

1998 Argentina - İngiltərə 2:2 (4:3)

1998 Fransa - İtaliya 0:0 (4:3)

1998 Braziliya - Hollandiya 1:1 (4:2)

2002 İspaniya - İrlandiya 1:1 (3:2)

2002 Cənubi Koreya - İspaniya 0:0 (5:3)

2006 Ukrayna - İsveçrə 0:0 (3:0)

2006 Almaniya - Argentina 1:1 (4:2)

2006 Portuqaliya - İngiltərə 0:0 (3:1)

2006 İtaliya - Fransa 1:1 (5:3)

2010 Paraqvay - Yaponiya 0:0 (5:3)

2010 Uruqvay - Qana 1:1 (4:2)

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər