Braziliyada təşkil olunan dünya çempionatına start verilib. Fanat.az xəbər verir ki, bu gecə turnirin açılış matçı baş tutub və Braziliya - Xorvatiyanı qəbul edib.
İlk matç turnirin ilkləri ilə yadda qalıb. Belə ki, 11-ci dəqiqədə braziliyalı Marselo topu öz qapısına göndərərək, ilk avtoqolun müəllifi olub. 27-ci dəqiqədə turnirin ilk sarı vərəqəsini alan Neymar 2 dəqiqə sonra ilk qolu vruub.
71-ci dəqiqədə yapon referi Yuişi Nişimura ilk penaltini təyin edib. Topu tora qovuşduran Neymar ilk 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirməklə yanaşı, ilk dublun müəllifi olub.
Beləliklə, dünya çempionatının ilk qələbəsini Braziliya qazanıb (3:1), ilk məğlubiyyətini Xorvatiya alıb.
Fanat.az