DÇ-2014: ən yaxşı yarımmüdafiəçilər

DÇ-2014: ən yaxşı yarımmüdafiəçilər
Dünya çempionatının startına sayılı günlər qalıb. Fanat.az Braziliyada təşkil olunacaq mundialdan öncə turnirlə bağlı maraqlı məqamları təqdim edir.
Texniki gücləri və top hakimiyyətləri ilə illər boyunca futbolsevərlərin izləməkdən zövq aldığı oyunçulardan olan ulduz yarımmüdafiəçilər keçmişdə olduğu kimi Braziliyada da ölkələrinin taleyini həll edəcək. Bəs dünya çempionatları tarixinin ən yaxşı yarımmüdafiəçiləri kimlərdi? Mundialın 11 ən yaxşı orta sahə oyunçusunu təqdim edirik.
Dieqo Maradona (Argentina): Həm oyunu, həm də həyat tərzi ilə bütün dünyada məşhur olan argentinalı əfsanə 1986-cı ildə komandasının çempion olmasında və 4 il sonra finala yüksəlməsində ən böyük pay sahibi olub. Maradona 1982, 1986, 1990 və 1994-cü illərdə 4 dəfə dünya çempionatının iştirakçısı olub.
Yohan Kruyff (Hollandiya): Total futbolun banisi Hollandiyanın ən məşhur futbolçusudu. Karyerasını bitirdikdən sonra məşqçilik edən Kruyff milli komandada keçirdiyi 48 matçda 33 qol vurub. 1974-cü ildəki dünya çempionatında finala yüksələn Hollandiyanın əsas siması olan əfsanəvi futbolçu 4 il sonrakı turnirdə hələ də bilinməyən səbəblərdən forma geyinməyib.
Mişel Platini (Fransa): Oyun qurucusu mövqeyində 1980-ci illərin rəqibsiz futbolçusu olan hazırkı UEFA prezidenti son vuruşlardakı ustalığı ilə xatırlanır. Milli komanda forması ilə meydana çıxdığı 72 oyunda 41 qola imza atan Platini 1978, 1982 və 1986-cı illərdə dünya çempionatının iştirakçısı olub. 1983, 1984 və 1985-ci illərdə 3 dəfə Avropanın ən yaxşı futbolçusu seçilən fransız vətənində 100 ilə damğa vuran futbolçu adına layiq görülüb.
Bobbi Çarlton (İngiltərə): İngiltərə millisinin baş məşqçisi Alf Ramsey 1966-cı ildə dünya çempionu olan komandanın oyun sistemini onun üzərində qurdu. Uzun illər dünyadakı ən məşhur ingilis futbolçu olaraq tanınan Çarlton karyerasına sağ cinah oyunçusu kimi başlasa da, çox keçmədən 4-1-3-2 taktiki sxemində forvardların arxasında - hücumameylli yarımmüdafiəçi kimi oynayaraq özünü sübut etdi. Avropada ilin futbolçusu seçilmiş Bobbi 1962, 1966 və 1970-ci illərdə dünya çemepionatının iştirakçısı olub.
Lotar Matteus (Qərbi Almaniya//Almaniya): Bəzən istedadını nümayiş etdirməkdə çətinlik çəkən alman əfsanəyə "Yox edici" (ingiliscə 'destroyer') ləqəbi təsadüfən verilməmişdi. İlk dəfə 1982-ci ildə dünya çempionatına qatılan və ardıcıl 5 dəfə mundial həyacanı yaşayan Matteus 1986-cı ildəki finalda 2:3 hesabı ilə yenildikləri Argentina matçında Maradonanı dayandırmalı idi. Argentina əfsanə matçdan sonra bu açıqlamanı vermişdi: "Bu ana qədər qarşılaşdığım ən yaxşı rəqib idi. Bu sözləri onu xarakterizə etmək üçün yetərlidi". Mattheus 20 illik karyerası ərzində 150 dəfə milli formanı gnyinib. O, 25 dəfə dünya çpmpionatında meydana çıxıb və mundialda ən çox oyun keçirən futbolçu olub.
Georgi Haci (Rumıniya): Rumıniya millisinin formasını 125 dəfə geyinən və 35 qolla yığmanın heyətində ən çox fərqlənən oyunçu olan Haci ölkəsinin ilk dəfə dünya çempionatının 1/4 finala çıxmasının səbəbkarıdı. Rumıniyanın gəlmiş-getmiş ən yaxşı futbolçusu adlandırılan "10 nömrə" 1990, 1994 və 1998-ci illərdəki dünya çempionatlarında qrupdan çıxmağı bacarıb. 
Zineddin Zidan (Fransa): Həm Fransanın, həm də dünyanın ən yaxşı yarımmüdafiəçilərindən biri hesab olunan Zidan 3 dünya çempionatına qatılıb. 1998-ci ildə finalda Braziliyanı yendikləri matça 2 qolla töhvə verib. Lakin növbəti - 2002-ci ildəki dünya çempionatında zədə səbəbindən sadəcə 1 matçda oynaya bilib. Bundan sonra milli karyerasını başa vuran Zidanı baş məşqçi Raymond Domenek tərəfində yola gətirildi və DÇ-2006-ya getməyə razılıq verdi. Fransanın finala yüksəldiyi turnirdə Zidan İtaliya ilə oynanılan həlledici matçda Marko Materazziyə kəllə atdı və futbolçu karyerasını yaddaşlardan silinməyəcək bir hərəkətlə bitirdi.
Enzo Skifo (Belçika): 4 dəfə dünya çempionatı həyacanı yaşayan Skifo Belçika futbolunun yetişdirdiyi ən yaxşı oyunçu hesab olunur. Avropanın böyük klublarında oynayan, amma ən yaxşı oyununu milli komandada göstərən yarımmüdafiəçi Belçikanın 1986-cı ildəki dünya çempionatında yarımfinala çıxmasında böyük pay sahibi olub. Daha sonra isə 1990, 1994 və 1998-ci illərdəki çempionatda iştirak edib.
Ziko (Braziliya): Son vuruşlardakı ustalığı və topa hakimiyyəti səbəbindən "Ağ Pele" adlandırılan Ziko adını DÇ-1982-də karyerasının zirvəsinə yüksəlib. 1978-ci ildə də dünya çempionatına qatılan əfsanə 1986-cı ilin də heyətinə salınıb. Lakin ilk mərhələdə ehtiyatda qalan Ziko Fransa ilə oynanılan 1/4 final matçında penaltini boşa verərək karyerasının ən pis anını yaşadı.
Sokrates (Braziliya): Fövqəladə bir futbol zəkasına sahib olan braziliyalı əfsanə 25 yaşınadək milli komanda formasını geyinməyib. Lakin DÇ-1982-də Braziliya yığmasının kapitanı olub. Gündə bir qutu siqaret çəkdiyi deyilən və dayandığı yerdən vurduğu penalti zərbələrini istədiyi nöqtəyə göndərən Sokrates 2004-cü ildə - 50 yaşında karyerasını bərpa edib və bir müddət İngiltərənin "Qarfort Toun" klubunda forma geyinib.
Pierre Littbarski (Almaniya): 2006-cı ildə verdiyi bir müsahibədə "həyatımın ən xoşbəxt anlarını 1982 və 1986-cı illərdəki finallarda yaşadım" deyən Littbarski üç dünya çempionatı finalı gördüyü karyerasının ən xoşbəxt gününü təbii ki, kuboku qazandıqları 1990-ci ilin 8 iyulunda yaşayıb. 1982-ci ildə İspaniyada və 1986-cı ildə Meksikada keçirilən dünya çempionatının finalında uduzan Littbarskili Qərbi Almaniya 1990-ci ildə axır ki, istədiyini əldə etmişdi.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər