Dünya çempionatının startına sayılı günlər qalıb. Fanat.az Braziliyada təşkil olunacaq mundialdan öncə turnirlə bağlı maraqlı məqamları təqdim edir.
Dünya çempionatlarının final mərhələlərində indiyədək ən çox oyunu Avropa yığmaları keçirib. "Köhnə qitə" təmsilçiləri mundial çərçivəsində 417 oyuna çıxıb. Cənubi Amerika yığmaları 273 oyunla ikinci olub. Şimali və Mərkəzi Amerika (KONKAKAF) ölkəoəri 111, Afrika ölkələri 110, Asiya ölkələri 90, Okeaniya ölkələri isə 13 oyun keçirib.
Avropa yığmaları 417 oyunda 196 qələbə qazanıb, 101 heç-heçə edib və 120 dəfə məğlub olub. Cənubi Amerika təmsilçiləri 273 matçdan 130-də qələbəyə sevinib, 60 dəfə heç-heçəyə razılaşıb və 83 oyunda meydanı məğlubiyyətlə tərk edib. Şimali və Mərkəzi Amerika (KONKAKAF) ölkələri meydana çıxdıqları 111 oyundan cəmi 22-də qələbə qazanıb. Amerikalılar 24 heç-heçə etdiyi dünya çempionatlarında 65 dəfə məğlubiyyət acısı yaşayıblar.
Afrika yığmaları 110 oyundan 23-də qələbə qazanıb, 32-də heç-heçə oynayıb və 55-də məğlub olub. Asiyalılar 90 matçdan 14-də qələbəyə sevinib, 20-də heç-heçəyə razılaşıb, 56-da meydanı məğlubiyyətlə tərk edib. Okeaniya təmsilçiləri 13 oyunda cəmi 1 qələbə qazanıb, 5 dəfə heç-heçə oynayıb və 7 dəfə məğlub olub.
Fanat.az