Dünya çempionatının startına sayılı günlər qalıb. Fanat.az mundialla bağlı maraqlı xəbərləri davam etdirir.
DÇ-2014-ün ən bahalı komandası İspaniyadı. "Transfermarkt"ın hesablamalarına görə, dünya çempionu və bu ilki yarışın əsas favoritinin dəyəri 622 milyon avrodu. İspaniyanı 562 milyon avro ilə Almaniya izləyir. İlk "üçlüy"ü Braziliya millisi qapayır - 467 milyon avro.
Son finalist "10-luğ"a düşə bilmədi
Fransanın 411 milyon avro ilə 4-cü olduğu siyahıda dünyanın ən bahalı futbolçusu adlandırılan Lionel Messinin forma geyindiyi Argentina 5-ci olub - 391.5 milyon avro.
DÇ-2010-un finalisti, həlledici matçda İspaniyaya yenilən Hollandiya ilk "onluğ"a düşə bilməyib. "Narıncılar" 207.5 milyon avro ilə 11-ci yeri tutub.
Ən ucuz komanda
Dünya çempionatına qatılacaq 32 komanda arasında ən ucuz heyətə Honduras sahibdi. Bu komandanın heyətinə ümumilikdə 21 milyon avro qiymət qoyulub.
DÇ-2014-ə qatılacaq şimal qonşumuz Rusiyanın 183.5 milyon avro qiyməti var. Ruslar siyahının 14-cü pilləsini tutur. Cənub qonşumuz İranın heyətinə isə 24.1 milyon avro qiymət qoyulub. İranlıla bu siyahıda yalnız Avstraliya və Hondurası qabaqlaya bilib.
1. İspaniya - 622 milyon avro
2. Almaniya - 562 milyon avro
3. Braziliya - 467 milyon avro
4. Fransa - 411 milyon avro
5. Argentina - 391.5 milyon avro
6. Belçika - 348 milyon avro
7. İngiltərə - 334 milyon avro
8. İtaliya - 323 milyon avro
9. Portuqaliya - 297 milyon avro
10. Uruqvay - 217.6 milyon avro
11. Hollandiya - 207.5 milyon avro
12. Xorvatiya - 193 milyon avro
13. Kolumbiya - 190 milyon avro
14. Rusiya - 183.5 milyon avro
15. İsveçrə - 178 milyon avro
16. Çili - 139.3 milyon avro
17. Kot`D-İvuar - 121.7 milyon avro
18. Kamerun - 118.5 milyon avro
19. Bosniya və Hersoqovina - 115 milyon avro
20. Yaponiya - 98 milyon avro
21. Meksika - 96.5 milyon avro
22. Qana - 96.3 milyon avro
23. Nigeriya - 87 milyon avro
24. Yunanıstan - 79.9 milyon avro
25. Ekvador - 62.8 milyon avro
26. ABŞ - 57.8 milyon avro
27. Əlcəzair - 57.2 milyon avro
28. Cənubi Koreya - 51.9 milyon avro
29. Kosta Rika - 29.6 milyon avro
30. İran - 24.1 milyon avro
31. Avstraliya - 21.3 milyon avro
32. Honduras - 21 milyon avro
Fanat.az