DÇ-2014: əfsanə Ronaldo

DÇ-2014: əfsanə Ronaldo
Dünya çempionatının startına saylı günlər qalır. Fanat.az mundialla bağlı maraqlı məlumatları təqdim etməyə davam edir.
19 dünya çempionatının 772 oyununda qapılara 2208 qol vurulub. Final mərhələlərinin ən məhsuldar futbolçusu Ronaldodu. O, 1998, 2002 və 2006-cı illərdəki dünya çempionatlarının iştirakçısı olub. İlk dəfə qatıldığı mundialda - Fransa-1998-də Ronaldo 4 dəfə fərqlənib. Yaponiya və Cunubi Koreyanın ev sahibliyi etdyii DÇ-2002-də 8 qola imza atan "sambaçı" Almaniyadakı DÇ-2006-da isə rəqib qapılarına 3 dəfə yol tapıb.
Ronaldonu 14 qolla almanlar - Herd Müller və Miroslav Kloze izləyir. Fransız Just Fontaynenin aktivində 13 qol var. Braziliya və dünya futbolunun ən böyük ulduzu adlandırılan Pele isə 12 dəfə fərqlənib.

№

Futbolçu

Yığma

Qol

DÇ

1

Ronaldo

Braziliya

15

1998, 2002, 2006

2

Miroslav Kloze

Almaniya

14

2002, 2006, 2010

3

Herd Müller

Almaniya

14

1970, 1974

4

Just Fontayne

Fransa

13

1958

5

Pele

Braziliya

12

1958, 1962, 1966, 1970

6

Yurgen Klinsmann

Almaniya

11

1990, 1994, 1998

7

Sandor Koçsis

Macarıstan

11

1954

8

Qabriel Batistuta

Argentina

10

1994, 1998, 2002

9

Hari Lineker

İngiltərə

10

1986, 1990

10

Helmut Rahn

Almaniya

10

1954, 1958

11

Teofilo Kubillas

Peru

10

1970, 1978

12

Qreqori Lato

Polşa

10

1974, 1978, 1982

13

Ademir

Braziliya

9

1950

14

Jayrzinyo

Braziliya

9

1970, 1974

15

Vava

Braziliya

9

1958, 1962

16

Karl-Haynts Rummenige

Almaniya

9

1978, 1982, 1986

17

Uve Seeler

Almaniya

9

1958, 1962, 1966, 1970

18

Roberto Baggio

İtaliya

9

1990, 1994, 1998

19

Paolo Rossi

İtaliya

9

1978, 1982

20

Kristian Vieri

İtaliya

9

1998, 2002

21

Eusebio

Portuqaliya

9

1966

1 çempionatda 13 qol
Bir çempionatda ən çox qol vuran futbolçu Just Fontayne olub. Fransız futbolçu İsveçdə keçirilən DÇ-1958-də 13 dəfə rəqib qapılarına yol tapıb. Bununla da o, həm bombardir olub, həm də qırılması çətin olan rekorda imza atıb. 
Dünya çempionatları tarixində 10-dan artıq qol vuran 3 futbolçu var. Just Fontayne ilə yanaşı, macar Sandor Koçsis 1954-cü ildə 11, alman Herd Müller 1970-də 10 qol vurub.
1 matçda 5 qol
Bir oyunda ən çox qol vuran oyunçu Oleq Salenkodu. Rus futbolçu 1994-cü ildə ABŞ-da keçirilən dünya çempionatının Kamerunla oyununda 5 dəfə fərqlənib.
Dünya çempionatlarında bir matçda 4 qol vuran 9 futbolçu var: 
1. Ernst Uilymovski (Polşa): DÇ-1938-də Braziliyaya 
2. Leonidas (Braziliya): 1938-də Polşaya
3. Qustav Vetterstorm (İsveç): DÇ-1938-də Kubaya
4. Xuan Skiaffino (Uruqvay): DÇ-1950-də Boliviyaya
5. Ademir (Braziliya): DÇ-1950-də İsveçə
6. Sandor Koçsis (Macarıstan): DÇ-1954-də Qərbi Almaniyaya 
7. Just Fontayne (Fransa): DÇ-1958-də Qərbi Almaniyaya
8. Eusebio (Portuqaliya): DÇ-1966-da Şimali Koreyaya
9. Emilio Butraqueno (İspaniya): DÇ-1986-da Danimarkaya 
Pele və Seeler əfsanəsi
Braziliyalı Pele və alman Uve Seeler forma geyindikləri 4 dünya çempionatında da qol vuraraq tarixə düşüblər. Hər iki futbolçu 1958, 1962, 1966 və 1970-ci illərdəki mundiallarda rəqib qapılarına yol tapıb. 
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər