DÇ-2014: açılış matçı yapona əmanət

DÇ-2014: açılış matçı yapona əmanət
DÇ-2014-ün ilk 4 matçını idarə edəcək hakimlərin adı açıqlanıb. Fanat.az xəbər vnrir ki, açılış oyununu yapon hakim idarə edəcək.
Belə ki, ev sahibi Braziliya ilə Xorvatiya arasındakı qarşılaşmada ədaləti Yuiçi Nişimura qoruyacaq. A qrupunun digər matçını - Meksika - Kamerun görüşünü kolumbiyalı Vilmar Roldan idarə edəcək.
B qrupunun son dünya çempionatının finalçıları - İspaniya və Hollandiya arasındakı oyunda italyan Nikola Rizzoli fit çalacaq. Qrupun Çili - Avstraliya oyununu isə Kot`D-İvuardan olan referi Noumandiez Doue idarə edəcək.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər