DÇ-2014: 17-si yerli, 15-i əcnəbi

DÇ-2014: 17-si yerli, 15-i əcnəbi
Dünya çempionatının startına sayılı günlər qalıb. Fanat.az Braziliyada təşkil olunacaq mundialdan öncə turnirlə bağlı maraqlı məqamları təqdim edir.
Fanat.az dünya çempionatına qatılacaq baş məşqçilərlə bağlı araşdırma aparıb. Mundialda iş başında olan 32 mütəxəssis 19 ölkəni təmsil edir. 
Dünya çempionatına ən çox Almaniyadan olan mütəxəssislər gedəcək. Belə ki, bu ölkəni təmsil edən 4 baş məşqçi mundialda iş başında olacaq. Almanlar Almaniya yığması ilə yanaşı, Kamerun, İsveçrə və ABŞ millilərinə başçılıq edir.
Argentina, Portuqaliya, Kolumbiya və İtaliya DÇ-2014-də 3, Fransayla Bosniya və Hersoqovina 2 mütəxəssislə təmsil olunacaq. Kolumbiya millisinə argentinalı məşqçi başçılıq etdiyi halda, bu ölkənin 3 mütəxəssisi başqa ölkənin başında dünya çempionatına yollanacaq. Belə ki, kolumbiyalı məşqçilər Kosta Rika, Ekvador və Hondurasa rəhbərlik edir.
İki qrupda eyni ölkədən iki mütəxəssis olacaq. Belə ki, E qrupunda Ekvador və Hondurasa kolumbiyalı, G qrupunda Almaniya və ABŞ-a alman məşqçilər başçılıq edəcək.
17 yığmaya yerli baş məşqçilər başçılıq edəcək. Qalan 15 komandanı isə əcnəbi məşqçilər çalışdıracaq.
A qrupu
Braziliya - Luiz Felipe Skolari (Braziliya)
Xorvatiya - Niko Kovaç (Xorvatiya)
Meksika - Migel Herrera (Meksika)
Kamerun - Volker Finke (Almaniya)
B qrupu
İspaniya - Visente del Boske (İspaniya)
Hollandiya - Luis van Qaal (Hollandiya)
Çili - Jorge Sampaoli (Argentina)
Avstraliya - Anje Postekoqlou (Yunanıstan)
C qrupu
Kolumbiya - Joze Pekerman (Argentina)
Yunanıstan - Fernando Santos (Portuqaliya)
Kot`D-İvuar - Sabri Lamouçi (Fransa)
Yaponiya - Alberto Zakkeroni (İtaliya)
D qrupu
Uruqvay - Oskar Tabares (Uruqvay)
Kosta Rika - Jorge Afanador (Kolumbiya)
İngiltərə - Roy Hocson (İngiltərə)
İtaliya - Cesare Prandelli (İtaliya)
E qrupu
İsveçrə - Ottmar Hitsfeld (Almaniya)
Ekvador - Reynaldo Rueda (Kolumbiya)
Fransa - Didye Deşam (Fransa)
Honduras - Luis Fernando Suares (Kolumbiya)
F qrupu
Argentina - Alexandro Sabella (Argentina)
Bosniya və Hersoqovina - Safet Suşiç (Bosniya və Hersoqovina)
İran - Karlos Kueyroz (Portuqaliya)
Nigeriya - Stepan Keşi (Nigeriya)
G qrupu
Almaniya - Yoahim Löv (Almaniya)
Portuqaliya - Paulo Bento (Portuqaliya)
Qana - Ceyms Kuesi Appaya (Qana)
ABŞ - Yurgen Klinsmann (Almaniya)
H qrupu
Belçika - Mark Vilmots (Belçika)
Əlcəzair - Vahid Halilhociç (Bosniya və Hersoqovina)
Rusiya - Fabio Kapello (İtaliya)
Cənubi Koreya - Honq Myunq-bo (Cənubi Koreya)
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər