"Xəzər Lənkəran"ın sabiq baş məşqçisi müəyyənləşib. Fanat.az xəbər verir ki, uelsli mütəxəssis karyerasını Mərakeş çempionatında davam etdirəcək.
Belə ki, Toşak "Vidad" klubu ilə anlaşıb. Amma təyinat rəsmi şəkildə klubdakı prezident seçkilərindən sonra açıqlanacaq. Seçki iyunun 29-da baş tutacaq.
Qeyd edək ki, Con Toşak "Xəzər Lənkəran"da 2013-cü il martın 9-dan noyabrın 22-dək çalışıb. Komanda onun rəhbərliyi altında 31 oyuna çıxıb, 9 qələbə qazanıb, 10 heç-heçə edib və 12 dəfə uduzub. "Neftçi"ni məğlub edərək Azərbaycan Superkubokunu qazanan Toşak bir müddət sonra yerini Mustafa Dənizliyə verib.
65 yaşlı mütəxəssis karyerası ərzində İngiltərənin "Suonsi", Portuqaliyanın "Sportinq", İspaniyanın "Real Sosyedad", "Real", "Deportivo", "Mursiya", Türkiyənin "Beşiktaş", Fransanın "Sent-Etyenn", İtaliyanın "Kataniya" klublarını, həmçinin Uels və Makedoniya yığmalarını çalışdırıb.
Fanat.az