Cihan Özkara: "Tək çətinliyimiz..."

Cihan Özkara: "Tək çətinliyimiz..."
"Toplanışımız yüksək səviyyədə təşkil olunub. Komanda daxilində ab-hava çox yaxşıdı. Tək çətinliyimiz saat fərqinin olmasıdı. Buna da uyğunlaşmağa çalışırıq. Məşqlərimiz çox intensiv şəkildə davam edir. Oyuna qədər tam hazır olmalıyıq". Fanat.az xəbər verir ki, bu sözləri smillimizin üzvü Cihan Özkara deyib.
Mayın 20-dən ABŞ-da təlim-məşq toplanışında olan və mayın 27-də San Fransisko şəhərində bu ölkənin yığması ilə yoldaşlıq oyunu keçirəcək millimiz hazırlığını davam etdirir. Özkara oyunla bağlı fikirlərini bildirib: "ABŞ yığması haqda kifayət qədər məlumatımız var. Yurgen Klinsmanın komandası Braziliyada təşkil olunacaq dünya çempionatında iştirak edəcək. Bu qarşılaşma həm onlar, həm də bizim üçün əhəmiyyətlidi. ABŞ millisi üçün dünya çempionatı öncəsi son sınaqlardan biridisə, bizim üçün güclü rəqiblə oyunda hazırlığımızın hansı səviyyədə olmasını bilməyimiz baxımından vacibdi. Təbii ki, hər birimiz çalışıb bu görüşdən maksimum nəticə ilə ayrılmaq istəyirik".
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər