Türkiyə Super Liqasında XXV turun oyunları keçirilir. Fanat.az xəbər verir ki, Cihan Özkaranın çıxış etdiyi "Sivasspor" "Trabzonspor"u qəbul edib.
Oyun qonaq komandanın 4:0 hesablı qələbəsi ilə yekunlaşıb. Cihan Özkara 85-ci dəqiqədə Ayd?n Karabulutun yerinə meydana çıxıb.
Qeyd edək ki, "Sivasspor" 25 turdan sonra 36 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.
Fanat.az