Cənublular planı dəyişdi

Cənublular planı dəyişdi

 “Xəzər Lənkəran”ın təlim-məşq toplanışının vaxtında dəyişiklik edilib. Fanat.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. Berlə ki, Türkiyənin Ərzurum şəhərində hazırlıq keçəcək “ağ-yaşıllar” səfərə iyunun 24-də deyil, 2 gün tez yola düşəcək.

Komanda ən uca dağ yüksəkliyi yamacında yerləşən “Xanadu Snow White” otelində toplaşacaq. İki həftəlik toplanış müddətində hazırlıq prosesi haqqında mütəmadi olaraq “Xəzər Lənkəran” TV vasitəsilə video süjetlər, müsahibələr təqdim olunacaq.

 

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər