Cavid İmamverdiyev: "Boluspor" məni istəyirdi"

Cavid İmamverdiyev: "Boluspor" məni istəyirdi"
"Ankaraspor"un məni istədiyini bilirəm. Amma mənim komandam var. Məndən öncə klubumla danışmalıdılar". Fanat.az xəbər verir ki, bu sözləri "Neftçi"nin futbolçusu Cavid İmamverdiyev deyib.
"Neftçi" hazırda Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışındadı. "Bolu Olay" qəzetinin əməkdaşları klubun düşərgəsinə baş çəkərək hazırlıqlarla maraqlanıblar. Həmkarlarımız "Ankaraspor"un maraq dairəsində olan Cavidlə də danışıb: "Təbii ki, həm bir futbolçu kimi mən də türk klubunda forma geyinmək istəyirəm. Amma "Neftçi" ilə 2018-ci ilədək müqaviləm var. Əgər prezidentimiz və baş məşqçimiz qal desə qalacam, get desə gedəcəm. "Ankaraspor"u Super Liqadan tanıyıram. Hədəfi olan komandadı. İnternetdən də araşdırma aparmışam".
"Əvvəllər milli komandaya çağırılırdım. Amma ötən il ağır zədə aldım və bu il milliyə çağırılmadım. Artıq zədəm yoxdu. İnanıram ki, "Ankaraspor"un da heyəti yaxşıdı və çemionluğa oynayacaq. Əgər klubumla anlaşsalar, "Ankaraspor"un uğurları üçün tər tökəcəm" deyə İmamverdiyev əlavə edib.
Cavid iki il əvvəl "Boluspor"dan təklif aldığını bildirib: "İki il əvvəl "Boluspor" məni transfnr etmək istəmişdi. Deyəsən o vaxt klub rəhbərliyimizlə aparılan danışıqlar müsbət nəticələnməmişdi. "Boluspor"dan sonra məni eyni liqada oynayan "Ankaraspor"un istəməsi qürur vericidi. "Boluspor"a keçidim alınmadı. İnşallah, 1-2 günə "Ankaraspor"a keçərəm".
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər