Cavid İmamverdiyev "Ankaraspor"a keçəcək?

Cavid İmamverdiyev "Ankaraspor"a keçəcək?
"Neftçi" ilə 2018-ci ilədək yeni müqavilə yeni bağlayan Cavid İmamverdiyev klubun rəsmi saytına açıqlama verib. Fanat.az xəbər verir ki, yarımmüdafiəçi "Ankaraspor"a keçidinin qüvvədə qaldığını bildirib: 
"Bir neçə gün əvvəl “Neftçi” mənimlə müqavilə yenilədi. Hazırda Boluda komandamla birlikdə yeni mövsümə hazırlaşırıq. Lakin mənim Türkiyənin “Ankaraspor” klubuna keçmək variantım da var. Bilirəm ki, iki klub arasında keçidimlə bağlı danışıqlar davam edir. Bu məsələ haqda çox danışmaq istəmirəm. Müqavilə ilə “Neftçi”yə məxsusam və klubum nə məsləhət bilsə, elə də olacaq”.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər