Terrorçular "Real" və "Atletiko" arasında keçirilən Çempionlar Liqasının finalını izləyənləri hədəfə alıb. Fanat.az xəbər verir ki, hadisə Nigeriyada baş verib.
Canlı bomba oyunu birlikdə izləmək üçün toplaşan azarkeşlərin arasına daxil olaraq özünü partladıb. Nəticədə ən azı 3 nəfər ölüb, çox sayda insan yaralanıb.
Fanat.az