Böyükağa Hacıyev Tiflisdə "şou" sözü verdi

Böyükağa Hacıyev Tiflisdə "şou" sözü verdi
"Sabah azarkeşlər yaxşı futbol şousu izləyəcəklər. Rəqib çox yaxşı müdafiə futbolu oynayır. Onlar güclü olmasaydılar, Türkiyə nəhənglərindən olan "Bursaspor"u mübarizədən kənarlaşdırmazdılar. "Çixura" müdafiə olunmağı sevirsə, biz də hücum futboluna üstünlük veririk. Elə ən yaxşı müdafiə də hücumdu". Fanat.az xəbər verir ki, bu sözləri "Neftçi"nin baş məşqçisi Böyükağa Hacıyev deyib.
"Neftçi" sabah Avropa Liqasının III təsnifat mərhələsi çərçivəsində "Çixura"nın qonağı olacaq. Hacıyev bu gün Tiflisdə mətbuat konfransı keçirərək rəqiblə bağlı fikirlərini bildirib: "Çixura" qorxulu rəqibdi. Bakıda qapıya yol tapa bilmədik. Ümid edirəm ki, buradakı oyunda fərqli olacaq. Rəqibin heyətində Puyol və ya Serxio Ramos oynayasaydı, onların səhv etməyəcəyini düşünərdim. Amma rəqibin belə bir müdafiəçisi yoxdu. Hər bir insan kimi onlar da səhv edə bilərlər". 
Baş məşqçi futbol şousu sözü verib: "Çixura" nə qədər qapanır qapansın, bu işə bir son qoyulmalıdı. Mən "Neftçi"nin şousundan danışa bilərəm. Rəqib nə qədər bizim oyunlarımızı izləyir-izləsin, biz elə taktika seçəcəyik ki, onlar heç nə edə bilməsin". 
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər