Böyükağa Hacıyev sevindi

Böyükağa Hacıyev sevindi
Böyükağa Hacıyev "İnter"lə oyunla (1:1) bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, "Neftçi"nin baş məşqçisi komandasından razı qalıb:
"Kubok oyunları adətən ağır olur, mərhələ adlamaq üçün iki oyun oynayırsan. 1:1 hesablı bərabərlik bizim xeyirimizədi. Əsas odu ki, səfər oyununda qol vurduq. Düzdü, üstünlüyü saxlaya bilmədik. Bunun əsas səbəblərindən biri də 3 gün öncə “Qəbələ” ilə səfərdə ağır oyun keçirməyimizdi. “İnter” isə bizdən bir gün öncə oynamışdı. İrəliyə nikbin baxırıq, cavab oyununda bütün suallara aydınlıq gələcək. Flavinyonun stabil oyun göstərməyinə alışmışıq, o da insandı. Bu gün imkanlarından aşağı oynaması haqqında onunla söhbət edəcəm. Ümumilikdə komanda yorğun görsənirdi. Bir əvəzetmə ilə oyun sxemini dəyişdim. Məqsədim mərkəzi gücləndirmək idi. Bərabərlik qismət idi, səfərdə qol vurduq, məğlub olmadıq”.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər