Samir Əliyevin "Neftçi"nin əsas komandasından əvəzedici heyətinə göndərilməsi ilə bağlı məlumat vermişdik. Fanat.az xəbər verir ki, paytaxt klubu artıq məşqçi axtarışına başlayıb.
Əldə etdiyimiz məlumata görə, Böyükağa Hacıyev sevimli futbolçularından olmuş İqor Mitreskini istəyir. Baş məşqçi karyerasını bitirən makedoniyalı veteran müdafiəçini köməkçisi təyin etdirməyə çalışır. "Neftçi" rəhbərliyi isə bu məsələdə o qədər də istəkli görünmür.
Qeyd edək ki, Mitreski 2010-2014-cü illərdə "Neftçi"nin formasını geyinib və 2013/14 mövsümü başa çatandan sonra karyerasını bitirib.
Fanat.az