Avropa Liqasının pley-off mərhələsi çərçivəsində keçiriləcək “Neftçi” – “Partizan” matçından bir gün öncə - 27.08.2014-cü il tarixdə Tofiq Bəhramov adına Respublika stadionunda hər iki komandanın baş məşqçisinin mətbuat konfransı və mətbuat nümayəndələri üçün komandaların ilk 15 dəqiqəsi açıq olacaq məşqi keçiriləcək. Fanat.az xəbər verir ki, "Neftçi"nin baş məşqçisi Böyüakağa Hacıyev KİV nümayəndələri qarşısına saat 19:30-da çıxacaq.
Bundan 1 saat sonra Serbiya təmsilçisinin baş məşqçisi Marko Nikoliçin mətbuat konfransı keçiriləcək.
Saat 19:30 “Neftçi” PFK-nın baş məşqçisi Böyükağa Hacıyevin mətbuat konfransı
Saat 20:00 “Neftçi” PFK-nın açıq məşqi
Saat 20:30 “Partizan” FK-nın baş məşqçisi Marko Nikoliçin mətbuat konfransı
Saat 21:00 “Partizan” FK-nın açıq məşqi
Fanat.az