Böyükağa Hacıyev rəqiblərinə meydan oxudu

Böyükağa Hacıyev rəqiblərinə meydan oxudu
"Bu, püşkatmadı, Allahın qismətidi, buna biz heç bir narazılıq bildirə bilmərik. Çünki komandalardan hansının bizə rəqib olacağını hələ bilmirik. Rəqibimiz iyulun 10-da müəyyənləşəcək". Fanat.az xəbər verir ki, bu sözləri "Neftçi"nin baş məşqçisi Böyükağa Hacıyev deyib.
"Neftçi" Avropa Liqasının II təsnifat mərhələsində “Koper” (Sloveniya) - “Çelik" (Çernoqoriya) cütünün qalibi ilə qarşılaşacaq. Böyükağa Hacıyev rəqiblər barədə fikirlərini bildirib: "Sloveniya və Çernoqoriyada keçiriləcək oyunlardan birini canlı baxmağa hazırlaşıram. Bundan sonra komandalar haqqında tam təsəvvürüm olacaq və rəqib haqda fikir yürüdə biləcəm. Rəqibimiz kim olursa-olsun, biz yenə oyuna yüksək əhval-ruhiyyə və qələbə əzmi ilə çıxacağıq". 
Hacıyev rəqiblərdən çəkinmədiklərini bildirib: "Açığı, bu gün bizim az da olsa, rəqibdən nə qorxacaq, nə də çəkinəcək yerimiz var. Hər şeydən əvvəl komandanı oyunlara düzgün hazırlamalıyıq. Bu yöndə də artıq Boluda işlərimiz başlayıb və sona yetmək üzrədi. Yəqin ki, Avstriya toplanışı zamanı bu məsələlərin hamısına nöqtə qoyulacaq. Rəqibimiz istər Sloveniya, istərsə də Çernoqoriya komandası olsun, biz meydana yalnız mərhələ keçmək əzmi ilə çıxacağıq. İlk oyunu harada keçirməyimizin fərqi yoxdu, vuranla-vurulanın yerini dəyişdikdə hasil dəyişməz. Onsuz da iki oyun keçiriləcək, istər ilk oyun evdə olsun, istər səfərdə... Hər ikisinə hazır olmalıyıq. Əgər Avropada oynayırsa, rəqibimiz zəif ola bilməz, deməli, ölkəsinin yaxşı klublarından biridir. Ona görə də rəqibi qiymətləndiririk, hörmətlə yanaşırıq. Bu oyunlara çox ciddi hazırlaşacağıq”.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər