Böyükağa Hacıyev: "Onları izləməyə ehtiyac duymuram"

Böyükağa Hacıyev: "Onları izləməyə ehtiyac duymuram"

Böyükağa Hacıyev "Bakı" ilə oyunla (0:0) bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, "Neftçi"nin baş məşqçisi rəqibin çempionatda çoxlarına başağrısı olacağını deyib:

"Bakı"nı çempionata buraxılması münasibəti ilə təbrik edirik. “Bakı” bir çox komandalara baş ağrısı olacaq. Avroliqada rəqibimiz olan “Partizan”ın baş məşqçisi oyunumuzu stadiondan izləyirdi. “Partizan” haqqında tam anlayışımız var, onların oyununu izləməyə ehtiyac duymuram. Qələbə qazanacağımıza əmin idik. İlk 3 xalı qazanmaq istəyirdik, buna nail olduq. Böyük hesablı qələbəyə ehtiyacımız yoxdu. Rəqib komandada istək, əzmkarlıq var idi. Nikolas Kanales komandanın düşərgəsinə tam hazır vəziyyətdə gəlib. Kanalesi testdən keçirmişik, onunla bağlı problemimiz yoxdu".

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər