Böyükağa Hacıyev: "Komanda hələ tam komplektləşməyib"

Böyükağa Hacıyev: "Komanda hələ tam komplektləşməyib"
"Oyun çox pis hava şəraitində keçdi. Meydançanın durumu tam oynamağa imkan vermirdi". Fanat.az xəbər verir ki, bu sözləri "Neftçi"nin baş məşqçisi Böyükağa Hacıyev deyib.
Baş məşqçi Gürcüstanın "Çixura" (1:1) klubu ilə oyunu dəyərləndirib: "Sizə deyim ki, gənclərdə istək təcrübəlilərə nisbətən daha çoxdu və onlar bunu meydançada hiss elətdirirlər. Təcrübəli futbolçularımız hazırlığa nisbətən gec qatıldığından, gənclərin fiziki hazırlığı onlara nisbətən daha yaxşıdı. Əgər Cavid İmamverdiyev penalti zərbəsindən, eləcə də Nicat Qurbanov və Ruslan Qurbanov qol imkanlarından istifadə etsəydi, böyük hesabla qalib gələ bilərdik. Ümumiyyətlə isə komandanın bir həftəlik hazırlığından sonra oynadığı futboldan razıyam. Bununla belə, komanda hələ tam komplektləşməyib. Çünki bəzi xətlərdə yeni futbolçular mövcuddu. Məsələn, Kauenin adaptasiya keçməsi üçün bir az zamana ehtiyac var. Elvin Bədəlovu Elvin Yunuszadə ilə bir xətdə oynadırıq. Ayın 25 və 27-də də keçirəcəyimiz yoxlama oyunlarından sonra komanda komplektləşəcək və Avstriyadakı təlim-məşq toplanışına gedəcək heyətdə Avroliqada iştirak edəcək komanda məlum olacaq. Əsas odu ki, “Neftçi” heyətini qoruyub saxlaya bilib. Bu heyətlə daha yaxşı futbol oynayacağıq”.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər