Böyükağa Hacıyev həm ehtiyatlı, həm iddialı...

Böyükağa Hacıyev həm ehtiyatlı, həm iddialı...
"Pley-off mərhələsində asan rəqib olmur. Buna görə də rəqibin kimliyinin elə bir önəmi yoxdu". Fanat.az xəbər verir ki, bu sözləri "Neftçi"nin baş məşqçisi Böyükağa Hacıyev deyib.
Baş məşqçi Avropa Liqasındakı rəqibləri barədə fikir bildirib: “Partizan” tanış rəqibdi. Bu komanda ilə Avropa Liqasının qrup mərhələsində iki dəfə qarşılaşmış və məğlub olmamışıq. “Partizan” ciddi rəqibdi, bu komandaya hörmətlə yanaşırıq. Ümumiyyətlə, Serbiya futbolunun gücündən hamının xəbəri var. İlk oyunun avqustun 21-də keçiriləcəyini nəzərə alsaq, daha yaxşı hazırlaşmağa vaxtımız var. İkinci dəfə qrup mərhələsinə vəsiqə qazanaraq, yeni tarix yazmaq üçün əlimizdən gələni edəcəyik".
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər