Böyükağa Hacıyev Cavid İmamverdiyevi "baltaladı"

Böyükağa Hacıyev Cavid İmamverdiyevi "baltaladı"
"Maraqlı oyun alındı. Bir komanda hücum edirdi, digəri müdafiə olunurdu. "İki top fərqi ilə irəli keçdikdən sonra Bahodir Nasimovun bir neçə qol imkanı oldu, amma istifadə edə bilmədi". Fanat.az xəbər verir ki, bu sözləri AZAL-la oyundan sonra “Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev deyib.
Hacıyev rəqibin oyununda dəyişikliklərin olduğunu bildirib: "Baş məşqçi dəyişikliyi rəqib komandanın oyununa təsir edib. Vaqif Sadıqovun dövründə AZAL daha istəkli oynayırdı. Ona hörmətlə yanaşıram". 
Baş məşqçi Rəşad Sadiqovun oynamamasına aydınlıq gətirib: "Yolumuza davam edirik. Qarşıda “İnter”ə qarşı keçirəcəyimiz kubok oyunu var. Bundan sonra “Rəvan”la qarşılaşmamız var. Düşünürəm ki, çətin olmayacaq. Rəşad özünü yaxşı hiss etmir, son zamanlar ona istirahət veririk. Mirhüseyn Seyidov onun yoxluğunu hiss etdirmədi. Futbolda əvəzolunmaz futbolçu yoxdu. “Neftçi”də kifayət qədər oyunçu var, qalır ki, "11-liy"i düzgün seçəsən". 
Hacıyev Cavid İmamverdiyevdən narazı olduğunu bildirib: "Cavidə imkan yaratdım. Dünən əvəzedicilərdə oyuna çıxdı. Bir hissə oynayıb komandaya qoşulmalı idi. O isə hər iki hissədə meydanda oldu. Bir az səhlənkar olduğu üçün bu gün heyətdə yox idi. Öz karyeramı kiməsə görə qurban verə bilmərəm. Qarşıda hələ 10 oyun var, çox şey ola bilər. Ernest Nfor səviyyəli futbolçudu, komandaya lazımlıdı. Həm oyunqurucu, həm dayaq yarımmüdafiəçisi, həm də sırf hücumçu kimi oynaya bilər. Ondan narazılığım yoxdu".
"Sarı vərəqə limitinə görə "Rəvan"la oyunda gənclərə üstünlük verməyəcəm. "Sumqayıt" bunu mənə tərgitdirdi" deyə Hacıyev əlavə edib.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər