NASCAR-ın qadın pilotu Danisa Patrikin "Twitter"dəki izləyici sayı 1 milyonu keçib. Fanat.az xəbər verir ki, bununla da gözəl pilot Lindsey Vonn, Mariya Şarapova və Anna Kournikova kimi məşhur xanım idmançıları geridə qoyub.
Bu vəziyyətə görə xoşbəxt olduğunu deyən Danisa "Bu durum fanatlarımın nə qədər inanılmaz və sadiq olduğunu göstərir. 1 milyon insanın mənim nə etməyimlə maraqlanması həqiqətən inanılmazdı. Hər birinə tək-tək təşəkkür edə bilmədiymm üçün üzgünəm" deyib.
Patrik 1 milyon izləyici sayını aşan NASCAR-ın ilk pilotu olmaqla yanaşı, dünyanın ən çox izlənən qadın idmançılarından birinə çevirilib. O, indi 4.129.655 təqibçisi olan Serena Uilyamsdan və futbolçu Aleks Morqandan geridə qalır.
Fanat.az