Braziliyada 8 gündən sonra start götürəcək dünya çempionatı yerli əhali tərəfindən heç də birmənalı qarşılanmır.
Fanat.az xəbər verir ki, dünya çempionatı kimi mötəbər turnirin ölkələrində keçirməkdənsə, əhalinin sosial rifahını daha da yaxşılaşdırmağı ölkə rəhbərliyindən tələb edən və bunun üçün etirazlar təşkil edən braziliyalılar bu dəfə fərqli üsullara əl atıblar.
Onlar tursitlərin çox olacağı və hər kəs tərəfindən rahat görünəcək küçələrin, prospektlərin divarlarda müxtəlif etiraz xarakterli şəkillər çəkərək mundiala ev sahibliyi etməyə qarşı olduqlarını və azarkeşlərin Braziliyaya gəlməməyə səsləyiblər.
Fanat.az