Qadın voleybolçular arasında Avropa Liqasına start verilib. Fanat.az xəbər verir ki, tarixində ilk dəfə bu yarışa qatılan Azərbaycan millisi Bolqarıstan yığmasının qonağı olub.
Sofiyada baş tutan qarşılaşmada hər 2 tərəf gənclərə güvənib. Amma rəqibdən fərqli, millimiz turnirə bir neçə təcrübəli oyunçu ilə qatılıb. Buna baxmayaraq, komandamız quru hesablı məğlubiyyətə üzülüb. Faiq Qarayevin yoxluğunda bolqarlar millimizi 3:0 hesablı ilə yenib.
Qeyd edək ki, komandalar arasında ikinci görüş sabah baş tutacaq. Qadın yığmamızla yanaşı kişi voleybolçularımız da Avropa Liqasında mübarizə aparacaq. Lakin onlar ilk 2 turda istirahət edəcək.
Avropa Liqası
I tur
6 iyun
Bolqarıstan - Azərbaycan 3:0 (25:15; 25:23; 25:17)
Hakimlər: Aleksandros Milonakis (Yunanıstan), Sonya Simonovska (Çernoqoriya).
Sofiya, Xristo Botev Salonu.
Fanat.az